- Transfer
- 23:25 25.11.2024
"Beşiktaş"dan ayrılan müdafiəçi Erik Bayli karyerasını "Vilyarreal"da davam etdirməyə yaxındır.
90deqiqe.az xəbər verir ki, "sualtı qayıqlar" artıq 29 yaşlı oyunçu ilə müqavilə danışıqlarını yekunlaşdırmaq üzrədir. Klub rəhbərliyi Fil Dişi Sahili millisinin üzvünü yaxın günlərdə komandadan ayrılacağı gözlənilən Matteo Qabbiniyə əvəz edici olaraq görür.
Qeyd edək ki, Bayli bu mövsüm Türkiyə çempionatında və Konfrans Liqasında 8 oyuna çıxıb. "Transfermarkt" portalı oyunçunu 3,4 milyon avro olaraq dəyərləndirir.