25 oktyabr 2024. Cümə

“Real”dan nə qədər maaş tələb edir? – Fantastik məbləğ

PSJ ilə mövsümün sonunda başa çatacaq müqaviləsini yeniləməyəcəyini açıqlayan Kilian Mbappe üçün Real Madridin təklifi açıqlanıb.


  • Transfer
  • 18:15 30.12.2023
  • Oxunma sayı: 147
“Real”dan nə qədər maaş tələb edir? – Fantastik məbləğ

PSJ ilə mövsümün sonunda başa çatacaq müqaviləsini yeniləməyəcəyini açıqlayan Kilian Mbappe üçün Real Madridin təklifi açıqlanıb.

90deqiqe.az "Marca"ya istinadən xəbər verir ki, Madrid klubunun yanvarın ilk həftəsində Kylian Mbappe ilə əlaqə saxlayacaq.

Bildirilib ki, hər iki tərəf razılığa gələrsə, transfer qısa müddət ərzində reallaşacaq.

Mbappenin müqaviləsi mövsümün sonunda bitdiyi üçün ara transfer dövründə istədiyi komanda ilə görüşmək hüququ var.

Xəbərdə, "Real Madrid"in Kilian Mbappe üçün illik 23,5 milyon avro maaş və təxminən 120 milyon avro imza haqqı təklif edəcəyi qeyd edilib.

Komandadaxili maaş balansını qorumaq üçün bu təklifin Mbappeyə ediləcəyi bildirilirdi.

Mbappe təklifi qəbul etsə, o, Real Madridin ən çox qazanan adı olacaq.







Transfer