25 oktyabr 2024. Cümə

PSJ-nin futbolçusu “Qalatasaray”a təklif edildi

“Roma”da icarə əsasında çıxış edən PSJ-nin  yarımmüdafiəçisi Renato Sançeş Türkiyənin “Qalatasaray” klubuna keçə bilər.


  • Transfer
  • 17:14 31.12.2023
  • Oxunma sayı: 98
PSJ-nin futbolçusu “Qalatasaray”a təklif edildi

“Roma”da icarə əsasında çıxış edən PSJ-nin  yarımmüdafiəçisi Renato Sançeş Türkiyənin “Qalatasaray” klubuna keçə bilər.

90deqiqe.az xəbər verir ki, bu barədə “X” sosial şəbəkəsində jurnalist Nikolo Skira məlumat verib.

O, ilkin mərhələdə portuqaliyalı futbolçu PSJ-yə qayıdacaq, çünki Roma klubu onu birdəfəlik almaqda maraqlı olmadığını bildirib. Daha sonra Paris klubu  baş məşqçi Luis Enrikenin planlarında yer almayan oyunçunu agenti vasitəsilə  “Qalatasaray”a təklif etdiyi vurğulanıb.

Xatırladaq ki, daha əvvəl mətbuatda 26 yaşlı futbolçunun Joze Mourinyonun komandasındakı mövqeyindən narazı olduğu barədə məlumatlar yayılmışdı. Bu mövsüm Sançes bütün turnirlərdə doqquz matçda iştirak edib və bir qol vurub. Ümumilikdə portuqal meydanda 228 dəqiqə keçirib.







Transfer