- Transfer
- 23:42 30.03.2026
"Mançester Yunayted” Rafael Varana əvəzləyici tapıb.
90deqiqe.az xəbər verir ki, "qırmızı şeytanlar" “Atalanta”nın mərkəz müdafiəçisi Corcio Skalvininin xidmətində maraqlıdır.
Premyer Liqa təmsilçisi 20 yaşlı oyunçunun keçidində israrlı olasan qarşı tərəf onu qış fasiləsində deyil yalnız mövsümün sonunda satmaq üçün danışıq aparmağa razı olduğu bildirilib. “Bavariya” və “Real” da italyan futbolçunun transferini izləyir.
Qeyd edək ki, Skalvini bu mövsüm “Atalanta”nın heyətində bütün turnirlərdə 20 oyun keçirib, 1 qol vurub.