- Transfer
- 23:25 25.11.2024
“Nyukasl”ın müdafiəçisi Fabian Şer İsveçrənin “Vil” klubunun direktorlar şurasına üzv seçilib.
90deqiqe.az xəbər verir ki, 32 yaşlı futbolçu "sağsağanlar"dan icazə alaraq bu addımı atıb.
“Vil”in prezidenti Mauritse Ueber isveçrəli oyunçunun onlara fayda verəcəyini bildirib: “O, direktorlar şurasında fəaliyyət göstərəcək. Burada prezident, idman direktoru, baş menecer, baş məşqçi və köməkçi məşqçi ilə birlikdə idman komissiyası var. Fabian da bizə qoşulacaq”.
Qeyd edək ki, Fabian Şer karyerasının başlanğıclarında “Vil”in gənclər komandasında çıxış edib.