30 iyun 2026. Çərşənbə axşamı

Premyer Liqadan Çinə


  • Transfer
  • 11:47 07.07.2019
  • Oxunma sayı: 452
Premyer Liqadan Çinə

"Vest Hem"in futbolçu Marko Arnautoviç karyerasını Çində davam etdirəcək.

Corner.az xəbər verir ki,  Çinin “Shanghai SIPG” klubu 30 yaşlı futbolçunu transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 

Karyerası ərzində “Tvente”, “İnter”, “Verder”, “Stok Siti” kimi klublarda çıxış edən Arnautoviçin Çin klubuna keçidi “Vest Hem”ə 25 milyon avro qazandırıb.

Qeyd edək ki, avstriyalı hücumçu İngiltərə klubunda ötən iki mövsüm ərzində 65 oyuna çıxıb, 22 qol vurub, 12 məhsuldar ötürmə yadda qalıb







Transfer