- Transfer
- 23:25 25.11.2024
Müqavilə ilə “Mançester Yunayted”ə məxsus olan “Xetafe”nin hücumçusu Meyson Qrinvud “Atletiko"ya keçə bilər.
90deqiqe.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Məlumatda, Madrid klubunun artıq 22 yaşlı futbolçunun mümkün transferi ilə bağlı "Mançester Yunayted"lə danışıqlara başladığı vurğulanıb.
Daha əvvəl forvardın xidmətində "Barselona", "Real Sosyedad" və "Valensiya"nın maraqlı olduğu iddia edilirdi.
Qeyd edək ki, ingilis oyunçu "Xetafe"nin heyətinə 15 matça çıxıb, 5 qol vurub və 4 məhsuldar ötürmə edib.