- Transfer
- 23:25 25.11.2024
“Trabzonspor”un kapitanı Uğurcan Çakır karyerasını İtaliyada davam etdirə bilər.
90deqiqe.az “Calciomercato”ya istinadən xəbər verir ki, 27 yaşlı qapıçının xidmətində “Roma” klubu maraqlıdır.
Mənbənin məlumatına görə, paytaxt təmsilçisinin Rui Patrisionun yerinə 3 namizəd müəyyənləşdirdiyi siyahıda Türkiyə millisinin qolkiperi Uğurcan Çakır da yer alıb.
35 yaşlı Rui Patrisio ilə vidalaşmağa hazırlaşan “canavarlar”ın gündəmində olan digər namizədlər isə “Monza”dan Miçel Di Qreqorio və “Leççe”dən Vadimiro Falkonedir.
Çakırın komandası ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədərdi. Di Qreqorio və Falkonenin isə klubları ilə müqaviləsi 2028-ci ilin iyun ayında başa çatır.