25 oktyabr 2024. Cümə

A seriyasında 8,5 milyonluq transfer

"Atalanta" heyətinə yeni futbolçu qatıb


  • Transfer
  • 14:01 02.01.2024
  • Oxunma sayı: 87
A seriyasında 8,5 milyonluq transfer

"Atalanta" heyətinə yeni futbolçu qatıb.

90deqiqe.az xəbər verir ki, İtaliya klubu qış transfer pəncərəsinin əvvəlində İsak Xinlə müqavilə imzalayıb.

A seriyası təmsilçisi müdafiəçi üçün "Verona"ya 8,5 milyon avro ödəyib. Onunla 2028-ci ilədək nəzərdə tutulan müqavilə imzalanıb.

24 yaşlı futbolçu A seriyasında ötən mövsümdə debüt edib. O, cari çempionatda 10 matçda meydana çıxıb.







Transfer