25 oktyabr 2024. Cümə

Mahir Emrelinin komandası 3 futbolçu ilə yollarını ayırır

Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın “Dinamo” klubu 3 futbolçu ilə yollarını ayırır.


  • Transfer
  • 15:18 02.01.2024
  • Oxunma sayı: 104
Mahir Emrelinin komandası 3 futbolçu ilə yollarını ayırır

Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın “Dinamo” klubu 3 futbolçu ilə yollarını ayırır.

90deqiqe.az-ın yerli mətbuata istinadən məlumatına görə, Zaqreb təmsilçisini tərk edəcək oyunçulardan ikisi müdafiəçi, biri isə hücumçudur.

Bunlar ukraynalı Boqdan Mixayliçenko, uruqvaylı Xoakin Sosa, eləcə də bosniya və herseqovinalı Luka Melanodu. Rəhbərlik hər üç futbolçuya qış fasiləsindən sonra düşərgədə yer almayacağı barədə xəbərdarlıq edib.

“Dinamo”nun daha iki oyunçu ilə vidalaşması gözlənilir. Rəhbərlik indi də Mahir Emreli və iranlı Sadeq Moharrami ilə yolları ayırmağın planlarını qurur.

Qeyd edək ki, Mahir Emrelinin “Dinamo” ilə müqavilə müddəti 2026-cı ilin yayına qədərdir.







Transfer