- Transfer
- 23:25 25.11.2024
Azərbaycanda “Neftçi” və “Qarabağ”da çıxış etmiş Ailton Silva karyerasını ölkəsi Braziliyada davam etdirəcək.
90deqiqe.az xəbər verir ki, 28 yaşlı müdafiəçi C Seriyasında mübarizı aparan “Amazonas” klubu ilə anlaşıb.
Rusiyanın “Rodina” klubundan ayrıldıqdan sonra bir ilə yaxındır futbolsuz qalan Ailton “Amazonas”la bir mövsümlük müqaviləyə qol çəkib. Hazırda çempionatda üçüncü pillədə qərarlaşan komandanın hədəfi B Seriyasına yüksəlməkdir.
Qeyd edək ki, Ailton Silva 2015/2016 mövsümündə “Neftçi”nin, 2019/2020 mövsümündə isə “Qarabağ”ın formasını geyinib.