- Transfer
- 00:12 30.06.2026
Portuqaliyalı məşqçi Jose Mourinho Çindən gələn təklifi rədd edib.
Corner.az "Sky Sports"a istinadən xəbər verir ki, “Quançjou Everqrand” Mourinho'ya illik 31 milyon avro maaş təklif etsə də, o, bunu qəbul etməyib.56 yaşlı mütəxəssis ailə məsələsinə görə Çinə getməkdən imtina edib.
Qeyd edək ki, portuqaliyalı mütəxəssis son olaraq “Mançester Yunayted”i çalışdırıb.