25 oktyabr 2024. Cümə

"İnter"ə keçmək qərarını nə dəyişib?

“Atletiko”nun hücumçusu Alvaro Morata ötən yay “İnter”ə keçməyə yaxın olduğunu təsdiqləyib.


  • Transfer
  • 12:07 03.01.2024
  • Oxunma sayı: 95
"İnter"ə keçmək qərarını nə dəyişib?

“Atletiko”nun hücumçusu Alvaro Morata ötən yay “İnter”ə keçməyə yaxın olduğunu təsdiqləyib.

90deqiqe.az xəbər verir ki, ispan oyunçu Milan təmsilçisinin baş məşqçisi ilə danışdıqdan sonra qərarını dəyişdiyini bildirib.

“İnter”in hazırkı baş məşqçisi və idman direktoru Marotta ilə çox yaxşı münasibətim var. Bir vaxtlar o, məni “Yuventus”a transferimdə köməklik etdi və onunla münasibətimiz həmişə əla olaraq qalıb. Bəli, düzdü, “İnter”ə keçməyə yaxın idim. Xoşbəxtlikdən, mənim kifayət qədər variantım var idi, lakin Simeone ilə danışdıqdan sonra başa düşdüm ki, mənim üçün ən yaxşı qərar “Atletiko”da qalmaq olacaq”

Futbolçunun hazırkı müqaviləsi 2026-cı ilin yayına qədərdir.

Xatırladaq ki, “İnter”in Moratanın transferi üçün Madrid klubuna 15 milyon avro təklif etdiyi barədə iddialar yayılmışdı.

Əlavə edək ki, Bu mövsüm 31 yaşlı hücumçu bütün yarışlarda 23 matça çıxıb, 14 qol vurub və 3 məhsuldar ötürmə edib. “Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 20 milyon avrodur.







Transfer