25 oktyabr 2024. Cümə

"Mançester Yunayted"in futbolçusu sabiq komandasına qayıdır

İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Ceydon Sanço karyerasını yenidən Bundesliqada davam etdirə bilər.


  • Transfer
  • 13:57 03.01.2024
  • Oxunma sayı: 106
"Mançester Yunayted"in futbolçusu sabiq komandasına qayıdır

İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Ceydon Sanço karyerasını yenidən Bundesliqada davam etdirə bilər.

90deqiqe.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano “X” sosial şəbəkəsindəki hesabında yazıb.

O, "Borussiya Dortmund"un 23 yaşlı futbolçunu "qırmızı şeytanlar"dan 6 aylıq icarəyə götürəcəyini bildirib.

Mançester təmsilçisi Sançonun maaşının bir hissəsini ödəməli olacaq.

Qeyd edək ki, ingiltərəli oyunçu baş məşqçi Erik ten Haqla münaqişədən sonra əsas komandadan kənarlaşdırılıb. 2021-ci ildən "Mançester Yunayted"də çıxış edən futbolçunun müqaviləsinin müddəti 2026-cı ildə başa çatmalıdır. O, 2017 - 2021-ci illərdə "Borussiya"nın formasını geyinib.







Transfer