- Transfer
- 23:42 30.03.2026
Azərbaycan millisinin üzvü Musa Qurbanlının İsveçin “Yurqorden” klubundakı gələcəyinə aydınlıq gəlib.
90deqiqe.az xəbər verir ki, bu barədə klubun idman direktoru Bosse Andersson yerli mətbuata müsahibəsində məlumat verib.
Klub rəsmisi 21 yaşlı forvardın komandada qalacağını deyib:
“O, 2024-cü ildə komandada qalacaq. Musa Qurbanlı ötənmövsümkü çıxışından məyusdur. O, daha çox çalışmaq istədiyini göstərir. Ondan nələrin tələb olunduğunu da anlayır. Cəmi altı aydır ki, Musa Qurbanlı bizimlədir. Onunla uzun müddətli müqavilə imzalamışıq. Kimdənsə belə qısa zamanda çox şey tələb etmək ağlabatan deyil. Bəzən vaxt lazımdır”.
Qeyd edək ki, Musa Qurbanlının klubu ilə müqaviləsi 2026-cı ilədək qüvvədədir.