31 mart 2026. Çərşənbə axşamı

Mourinyo Braziliya millisindən təklif alıb?

“Roma”nın baş məşqçisi Joze Mourinyo Braziliya millisinə rəhbərlik edəcəyi ilə bağlı yayılan xəbərlərə cavab verib.


  • Transfer
  • 13:08 04.01.2024
  • Oxunma sayı: 106
Mourinyo Braziliya millisindən təklif alıb?

“Roma”nın baş məşqçisi Joze Mourinyo Braziliya millisinə rəhbərlik edəcəyi ilə bağlı yayılan xəbərlərə cavab verib.

90deqiqe.az "TuttomercatoWeb"ə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis bu təklifin doğru olduğunu düşünmədiyini bildirib:

“Braziliya haqqında, bunun doğru olub-olmadığını bilmirəm, mənimlə danışmadılar. Agentimə dedim ki, “Roma”nın baş məşqçisi olduğum müddətdə heç kimlə danışmasın. “Roma”nın sahiblərinə yüz faiz güvənirəm. Bu o demək deyil ki, onlar məni burada istəyirlər. Düşünmürəm ki, mənim arxamca başqa məşqçilərlə danışsınlar, amma hələ imza atmamışam."

Qeyd edək ki, 60 yaşlı çalışdırıcı 2021-ci ilin yayından “Roma”nın "sükanı" arxasındadır.







Transfer

 Brahim Dias üçün 50 milyon avro
  • Transfer
  • 23:42 30.03.2026
Brahim Dias üçün 50 milyon avro