- Transfer
- 23:25 25.11.2024
“Arsenal”ın futbolçusu Məhəmməd Elneni karyerasını yenidən Türkiyədə davam etdirə bilər.
90deqiqe.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
Mənbənin məlumatına görə, “Trabzonspor” klubu Elneni qış transfer pəncərəsində heyətinə qatmağa yaxındır.Trabzon təmsilçisinin Məhəmmədə təklif göndərdiyi vurğulanıb.
“Trabzonspor” klubu isə bu transfer iddiası ilə bağlı rəsmi açıqlama yayıb. Klubun bəyanatında, misirli futbolçunun transfer siyahılarında olmadığı bildirilib.
31 yaşlı oyunçu London klubu ilə hazırkı müqaviləsi 2024-cü ilin iyununa qədərdir.
Xatırladaq ki, Elneni 2016-cı ildən “Arsenal”da çıxış edir. O, bu mövsüm 4 rəsmi oyunda iştirak edib. Elneni 2019-20-ci illərdə Türkiyənin "Beşiktaş" klubunda çıxış edib.