- Transfer
- 23:25 25.11.2024
“Atletiko Madrid”, “Milan”, “Roma” və Xorvatiya millisinin sabiq hücumçusu Nikola Kaliniçin yeni iş yeri bəlli olub.
90deqiqe.az xəbər verir ki, 35 yaşlı futbolçu sabiq komandası “Hayduk” klubu ilə 5 aylıq müqavilə imzalayıb.
Xorvat futbolçu adıçəkilən komandada pulsuz oynayacaq – oyunçunun maaşı simvolik 1 avro olacaq. Klub prezidenti, Kaliniçin, kluba bir məqsədlə qayıtdığını – komandasına çempionluq titulunu qazandırmaq niyyətində olduğunu bildirib.
Kaliniç peşəkar karyerasına “Hayduk”da başlayıb və 2009-cu ilə qədər burada top qovub.