- Transfer
- 23:25 25.11.2024
“İnter”in yarımmüdafiəçisi Hakan Çalhanoğlu Səudiyyə Ərəbistanından təklif aldığını açıqlayıb.
90deqiqe.az xəbər verir ki, 29 yaşlı futbolçu ərəbləri yüksək məbləğli təklifinə baxmayaraq “neradzurri”ni sevdiyi üçün ayrılamamağa qərar verdiyini bildirib.
"Təkliflərin olduğu doğrudur. "İnter"dən ayrılmamaq qərarına gəldim. Bu təkliflər gələndə kluba dedim, siz qərar verin. Bununla belə, "İnter"i çox sevdiyim üçün ayrılmamağa qərar verdim".
Futbolçunun “İnter”lə müqaviləsi 2027-ci ilin iyunun sonuna kimi qüvvədədir.
Bu mövsüm Çalhanoğlu “İnter”in heyətində bütün turnirlərdə 22 oyun keçirib, 8 qol vurub və 3 məhsuldar ötürmə edib. Transfermarkt internet portalına görə oyunçunun təxmini dəyəri 40 milyon avrodur.