- Transfer
- 23:55 19.12.2024
İngiltərənin "Brentford" klubu futbolçusu Ayvan Toninin satışından 115 milyon avro qazanmağı hədəfləyib.
90deqiqe.az xəbər verir ki, bu barədə Sky Sports məlumat yayıb.
Məlumatda, Premyer Liqa təmsilçiləri “Çelsi” və “Arsenal”ın transfer siyahısında yer alan adıçəkilən oyunçunun satışından yüksək məbləğdə gəlir əldə etməyi planlaşdırır.
Qeyd eədk ki, bu ilin mayında İvan iştirak etdiyi oyunlara mərc etdiyinə görə 8 ay müddətinə futboldan uzaqlaşdırılıb. Futbolçunun diskvalifikasiya müddəti yanvarın 16-da başa çatır.
Keçən mövsüm Toni bütün turnirlərdə 35 oyuna çıxıb, 21 qol vurub və 5 məhsuldar ötürmə edib.