- Transfer
- 20:50 31.12.2024
İspaniya "Vilyarreal"ının hücumçusu Ben Brereton Dias kartyerasını "Şeffild Yunayted"də davam etdirəcək.
90deqiqe.az xəbər verir ki, Premyer Liqa təmsilçisi 24 yaşlı futbolçunu mövsümün sonuna qədər icarəyə götürüb. Çilili oyunçunun yeni komandasının heyətində yanvarın 6-da "Qillingham"la İngiltərə Kuboku matçında debüt etməsi də gözlənilir.
Qeyd edək ki, Brereton "sualtı qayıqlar"da 11 matçda çıxış edib. O, 2019-2023-cü illərdə “Blekbörn”də top qovub və komandanın heyətində 144 oyunda 45 qol vurub. O, Çili millisində 20 oyunda iştirak edib və 7 qol vurub.