- Transfer
- 23:42 30.03.2026
"Atletico Goianiense" klubu ÇSKA və "Beşiktaş"ın keçmiş hücumçusu Vaqner Lavın transferini açıqlayıb.
90deqiqe.az xəbər verir ki, 39 yaşlı forvardla müqavilənin detalları açıqlanmayıb.
Qeyd edək ki, braziliyalının son klubu 2023-cü ilin dekabr ayının əvvəlində tərk etdiyi "Sport Resif" idi.