- Transfer
- 23:25 25.11.2024
"Leypsiq"in forvardı Timo Verner karyerasını yenidən İngiltərdə davam etdirməyə yaxındır.
90deqiqe.az xəbər verir ki, alman futbolçunun xidmətində "Tottenhem" klubu maraqlıdır. London klubunun artıq 27 yaşlı hücumçunu mövsümün sonuna qədər icarəyə götürmək üçün klubu ilə şifahi razılıq əldə edib. Transferin yaxın vaxtlarda açıqlanması gözlənilir.
Qeyd edək ki, Verner bu mövsüm Bundesliqa təmsilçisinin heyətində bütün yarışlarda daxil olmaqla 14 matçda iştirak edib, 2 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.