27 iyul 2024. Şənbə

“Tottenhem” millinin üzvünü heyətinə qatmaq üzrədir


  • Transfer
  • 18:56 06.01.2024
  • Oxunma sayı: 136
“Tottenhem” millinin üzvünü heyətinə qatmaq üzrədir

90deqiqe.az xəbər verir ki, İngiltərənin “Tottenhem” klubu “Cenoa”nın və Rumıniya millisinin mərkəz müdafiəçisi Radu Drequşini transfer etmək fikrindən əl çəkmir . Bu barədə jurnalist Fabrizio Romano məlumat verib.

Mənbənin sözlərinə görə, Spurs təmsilçiləri potensial müqavilə üzərində çox çalışırlar. Londonlular "Leypsiq"dən icarəyə götürülmüş forvard Timo Vernerin transferini başa vurduqdan sonra diqqətləri dərhal Drequşinə yönəldəcəklər. Rumıniyalı müdafiəçinin alınması ilə bağlı müqavilənin gələn həftə bağlanacağı qeyd edilir.

Bu mövsüm Drequşin "Genoa"nın heyətində bütün turnirlərdə 22 oyun keçirib, iki qol vurub və bir məhsuldar ötürmə edib. Futbolçunun İtaliya klubu ilə müqaviləsi 2027-ci ilin iyunun sonuna kimi qüvvədədir. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 10 milyon avrodur. 

Qeyd edək ki, 21 yaşlı müdafiəçi "Yuventus" yetirməsidir.







Transfer

PSJ-ni  "Arsenal"a dəyişir
  • Transfer
  • 12:35 26.07.2024
PSJ-ni "Arsenal"a dəyişir