- Transfer
- 23:25 25.11.2024
"Krasnodar”ın yarımmüdafiəçisi Eduard Spertsyan karyerasını “Yuventus”da davam etdirə bilər.
90deqiqe.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Turinlilərin 23 yaşlı futbolçunu transferi ilə bağlı danışıqları 2024-cü ilin yayında bərpa etmək üçün çalışacaq.
Qeyd edək ki, Spertsyan “Krasnodar”ın heyətində bu mövsüm 21 oyun keçirib, 8 qol vurub və 4 məhsuldar ötürmə verib. "Transfermarkt" portalı futbolçunun dəyərini 18 milyon avro qiymətləndirir.