- Transfer
- 23:25 25.11.2024
“Give me Sport” nəşri futbol tarixinin ən uğursuz transferlərini açıqlayıb. 90deqiqe.az xəbər verir ki, siyahıya 11 oyunçu fərqləndirilib.
Siyahıda yer alanoyunçulardan bəziləri karyeralarını bitiriblər, bəziləri isə bəziləri hazırda karyeralarını davam etdirirlər.
Futbol tarixinin ən uğursuz 11 transferi:
Filipp Koutinyo: “Liverpul”dan “Barselona”ya (2019-cu il – 121,5 milyon funt-sterlinq).
Antuan Qrizmann: “Atletiko”dan “Barselona”ya (2019-cu il - 108 milyon).
Eden Hazard: “Çelsi”dən “Real”a (2019-cu il - 103 milyon).
Romelu Lukaku: “İnter”dən “Çelsi”yə (2021-ci il – 97,5 milyon).
Aleksis Sançes: “Arsenal”dan “Mançester Yunayted”ə (2018-ci il - Henrix Mxitaryanla dəyişdirilib).
Andrey Şevçenko: “Milan”dan “Çelsi”yə (2006-cı il – 39,5 milyon).
Conatan Vudqeyt: “Lids”dən “Real”a (2004-cü il - 16 milyon).
Anxel Di Mariya: “Real”dan “Mançester Yunayted”ə (2014-cü il - 60 milyon).
Endi Kerroll: “Nyukasl”dan “Liverpul”a (2011-ci il - 35 milyon).
Fernando Torres: “Liverpul”dan “Çelsi”yə (2011-ci il - 50 milyon).
Mario Balotelli: “Milan”dan “Liverpul”a (2014-cü il - 16 milyon).