25 oktyabr 2024. Cümə

Tanınmış türk məşqçi millimizi çalışdırmaqdan imtina etdi - SƏBƏB?

AFFA-nın Azərbaycan millisinə baş məşqçi postuna gətirmək istədiyi növbəti isim bəlli olub.


  • Transfer
  • 12:23 07.01.2024
  • Oxunma sayı: 119
Tanınmış türk məşqçi millimizi çalışdırmaqdan imtina etdi - SƏBƏB?

AFFA-nın Azərbaycan millisinə baş məşqçi postuna gətirmək istədiyi növbəti isim bəlli olub.

90deqiqexəbər verir ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası millinin baş məşqçisi qismində görmək istədiyi növbəti məşhur şəxs yenədə qardaş ölkə Türkiyədən olub.

O, vaxtilə "Bursaspor" və "Beşiktaş"ı çalışdıran Ərtoğrul Sağlamdır. Türkiyəli məşhur mütəxəssis AFFA-nın təklifini geri çevirdiyini bildirib

"Beşiktaş"ın ürəyimizdəki yeri hər zaman özəl və ayrı olsa da, bu anda "Kocaelispor" ilə inandığımız, müəyyənləşdirdiyimiz hədəfə doğru irəliləyirik. İki həftə öncə də Azərbaycan milli komandası üçün bənzər bir proseslər baş verdi. Maraq, nəzakət və gözəl mesajlar üçün təşəkkürlər. Tək düşüncəmiz "Kocaelispor"dur.







Transfer