25 oktyabr 2024. Cümə

İtaliya klubu 19 yaşlı gürcü futbolçu ilə gücləndi

Gürcüstanın Kutaisi "Torpedo"sunun futbolçu Saba Qoqliçidze karyerasını İtaliya A Seriyasında davam etdirəcək.


  • Transfer
  • 00:00 08.01.2024
  • Oxunma sayı: 82
İtaliya klubu 19 yaşlı gürcü futbolçu ilə gücləndi

Gürcüstanın Kutaisi "Torpedo"sunun futbolçu Saba Qoqliçidze karyerasını İtaliya A Seriyasında davam etdirəcək.

90deqiqe.az xəbər verir ki, gürcü müdafiəçi “Empoli”yə keçib. Bu barədə klubun  mətbuat xidməti məlumat yayıb.

“Empoli” 19 yaşlı futbolçu ilə 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.

Qeyd edək ki, Saba Qoqliçidze “Torpedo”nun yetirməsidir. Gürcüstanın U-21 millisinin mərkəz müdafiəçisi əsas komandanın heyətində meydana çıxdığı 32 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.







Transfer