25 oktyabr 2024. Cümə

İspan oyunçu“Qarabağ”la belə vidalaşdı

“Hörmətli komanda yoldaşlarım, məşqçilər heyəti, rəhbərlik və hər şeydən əvvəl, inanılmaz “Qarabağ” azarkeşləri: vida vaxtı gəldi”.


  • Transfer
  • 09:54 08.01.2024
  • Oxunma sayı: 126
İspan oyunçu“Qarabağ”la belə vidalaşdı

“Hörmətli komanda yoldaşlarım, məşqçilər heyəti, rəhbərlik və hər şeydən əvvəl, inanılmaz “Qarabağ” azarkeşləri: vida vaxtı gəldi”.

90deqiqe.az xəbər verir ki, bu sözlər “Qarabağ”ın futbolçusu Qaspar Panadero  sosial şəbəkə vasitəsilə Ağdam klubu ilə vida sözlərində bildirib.

26 yaşlı yarımmüdafiəçi, hər şey üçün təşəkkür edib: “İlk növbədə layihədə mənə etibar etdiyi üçün kluba təşəkkürümü bildirirəm. Formanızı geyinmək şərəfdir. Kluba və komanda yoldaşlarıma təşəkkür edirəm. Azarkeşlərə isə dərin minnətdarlığımı bildirirəm”.

İspaniyalı oyunçu uyğunlaşma problemi yaşadığını etiraf edib: “Müxtəlif şərtlərlə əlaqədar performans baxımından mənim üçün ən yaxşı dövr deyildi, çətin dönəmlər idi. Ən yaxşı oyunumu göstərmək istərdim, lakin bura uyğunlaşmaqda çətinlik çəkdim. Buna baxmayaraq, çalışqanlığım maksimum həddə idi. Daha çox şans əldə etməyə çalışdım, amma futbol bəzən belə işləyir. Həqiqətən də, səviyyəmi nümayiş etdirmək istərdim. Gələcəkdə sizə ən yaxşısını arzulayıram. Hər şey üçün təşəkkür edirəm!”

Qeyd edək ki, “Qarabağ”a 2021-ci ilin yayında “Kadiz”dən keçən Qaspar Panadero həmin vaxtdan bəri Azərbaycan Premyer Liqasında cəmi 4 oyun keçirib.







Transfer