31 mart 2026. Çərşənbə axşamı

Tarixin ən bahalı 5 qış transferi

“Transfermarkt” qış “transfer pəncərəsi” tarixində ən bahalı keçidləri açıqlayıb.


  • Transfer
  • 11:45 08.01.2024
  • Oxunma sayı: 188
Tarixin ən bahalı 5 qış transferi

“Transfermarkt” qış “transfer pəncərəsi” tarixində ən bahalı keçidləri açıqlayıb.

90deqiqe.az xəbər verir ki, siyahıya 2017-18 mövsümündə 135 milyon avro qarşılığında “Liverpul”u “Barselona”ya dəyişən yarımmüdafiəçi Filip Koutinyo başçılıq edir.

İkinci  ötən mövsüm 121 milyon avroya “Benfika”dan “Çelsi”yə keçən yarımmüdafiəçi Enzo Fernandesdir. 2017-18 mövsümündə 84,6 milyon avroya “Liverpul”un “Sauthempton”dan aldığı mərkəz müdafiəçisi Vircil van Deyk üçüncüdü.

2021-22 mövsümündə 83,5 milyon avroya “Fiorentina”dan “Yuventus”a keçən hücumçu Duşan Vlahoviç dördüncü və 2022-23 mövsümündə 70 milyon avroya Donetsk “Şaxtyor”u “Çelsi”yə dəyişən yarımmüdafiəçi Mixail Mudrik beşinci olub.







Transfer

 Brahim Dias üçün 50 milyon avro
  • Transfer
  • 23:42 30.03.2026
Brahim Dias üçün 50 milyon avro