25 oktyabr 2024. Cümə

PSJ-dən “Beşiktaş”a?

 PSJ-nin yarımmüdafiəçisi Renato Sançes karyerasını İstanbulda davam etdirə bilər.


  • Transfer
  • 21:02 08.01.2024
  • Oxunma sayı: 100
PSJ-dən “Beşiktaş”a?

 PSJ-nin yarımmüdafiəçisi Renato Sançes karyerasını İstanbulda davam etdirə bilər.

90deqiqe.az L'Equipe nəşrinə istinadən xəbər verir ki, hazırda Romada icarə əsasında çıxış edən 26 yaşlı oyunçu mövsümün ikinci yarısını "Beşiktaş"da keçirə bilər.

İstanbul nəhəginin portuqaliyalını ilə yaxından maraqlandığı bildirilərkən, klub prezident Həsən Aratın PSJ-nin rəhbərliyi ilə dostluğunun “Beşiktaş”ı bu transferdə sərfəli edə biləcəyi bildirilib.

Portuqaliyalı futbolçunun Paris klubu ilə müqaviləsi 2027-ci ilin iyunun sonuna kimi qüvvədədir.

Qeyd edək ki, Sançes bu mövsüm “canavarlar”ın heyətində bütün yarışlarda 9 oyuna çıxıb və bir qol vurub. 







Transfer