- Transfer
- 23:59 25.12.2024
“Roma” hücumçusu Paulo Dibala karyerasını “Çelsi"də davam etdirə bilər.
90deqiqe.az xəbər verir ki, bu barədə “Sport Witness” məlumat yayıb.
Məlumatda, 30 yaşlı futbolçunun “caanavarlar”la müqaviləsi üzrə təzminat məbləği 12 milyon avrodur və yanvarın 15-nə kimi qüvvədə olduğu və “londonlular"ın rəhbəriyii yaxın vaxtlarda bu bəndi aktivləşdirmək niyyətindədir.
Qeyd olunur ki,” argentinalı futbolçunun “Roma ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Qeyd edək ki, Dibala 2022-ci ildən “Roma”da çıxış edir. Bu mövsüm forvard romalıların heyətində bütün turnirlərdə 17 oyun keçirib, 6 qol vurub və 6 məhsuldar ötürmə edib.