31 mart 2026. Çərşənbə axşamı

AVRO-2024-də oynamaq üçün bu addımı atır

“Union Berlin”də çıxış edən Leonardo Bonuççi karyerasını “Cenoa”da davam etdirə bilər.


  • Transfer
  • 21:54 08.01.2024
  • Oxunma sayı: 174
AVRO-2024-də oynamaq üçün bu addımı atır

“Union Berlin”də çıxış edən Leonardo Bonuççi karyerasını “Cenoa”da davam etdirə bilər.

90deqiqe.az xəbər verir ki, bu barədə  jurnalist Nikolo Şira  "X" sosial şəbəkəsində məlumat verib

O, “Fənərbağça”dan təklif gəlsə də, 36 yaşlı müdafiəçinin ilk hədəfi A Seriyasına qayıtmaq olduğunu bildirib. İtalyan oyunçu bununla millinin Avro-2024 üçün heyətinə düşəcəyinə ümid edir. 

Bonuççinin Berlin klubu ilə müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.

Xatırladaq ki, Bonuççi keçən yay azad agent kimi “Yuventus”dan “Union”a keçmişdi. Bu mövsüm müdafiəçi bütün turnirlərdə 10 oyun keçirib və bir qol vurub.Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 1,5 milyon avrodur.







Transfer

 Brahim Dias üçün 50 milyon avro
  • Transfer
  • 23:42 30.03.2026
Brahim Dias üçün 50 milyon avro