- Transfer
- 23:25 25.11.2024
“Araz-Naxçıvan” futzal klubu 2024-cü ildə ilk transferini reallaşdırıb. 90deqiqe.az xəbər verir ki, Azərbaycan çempionu heyətini braziliyalı Andre Korrea dos Santos Junioru heyətinə qatıb.
Andrezinyo ləqəbli 26 yaşlı oyunçu mövsümün sonuna qədər “qırmızı-ağlar”ın şərəfini qoruyacaq. O, karyerası ərzində ölkəsində “Sao Lourenço”, “Taubate”, “Yuventude”, “Esporte Futuro” və “Praya” klublarının formasını geyinib.
Yanvarın 11-də Bakıya gələcək Andrezinyo ir gün sonra kollektivlə məşqlərə qoşulacaq.
Qeyd edək ki, Yüksək Liqanın lideri ötən ay Eriko Dannilo, Xətai Bağırov və İsa Atayevlə yollarını ayırıb.