25 oktyabr 2024. Cümə

Sabiq “Barselona”lı “İnter Mayami”də?

Hazırda Qətərin “Əl-Duhail” klubunda çıxış edən yarımmüdafiəçi Filipp Koutinyo karyerasını “İnter Mayami”də davam etdirə bilər.


  • Transfer
  • 21:19 09.01.2024
  • Oxunma sayı: 118
Sabiq “Barselona”lı “İnter Mayami”də?

Hazırda Qətərin “Əl-Duhail” klubunda çıxış edən yarımmüdafiəçi Filipp Koutinyo karyerasını “İnter Mayami”də davam etdirə bilər.

90deqiqe.az xəbər veririk, bu barədə AS məlumat yayıb.

Məlumatda, Mayami təmsilçisinin 31 yaşlı futbolçu ilə müqavilə imzalamaqda maraqlı olduğu bildirilib.

MLS klubunun braziliyalı futbolçu müqavilə ilə məxsus olduğu “Aston Villa” klubuna yaxın günlərdə təklif göndərəcəyi bildirilir. Premyer Liqa klubunun baş məşqçisi Unai Emeri futbolçunun gələcək planlarında yer almadığı üçün bu təklifi qəbul edəcəyi gözlənilir.

Bu mövsüm Koutinyo “Əl-Duhail”in heyətində 9 matçda 4 qol vurub, 1 məhsuldar ötürmə edib. 

Qeyd edək ki, "İnter Mayami" klubu “Barselona”nın 4 sabiq futbolçusunu heyətinə qatıb.







Transfer