- Transfer
- 22:00 05.12.2025
Keşlə heyətini daha iki futbolçu ilə gücləndirib.
Corner.az klubun rəsmi Feysbuk səhifəsinə istinadən xəbər verir ki, müdafiəçi İlkin Qırtımov və yarımmüdafiəçi Emin Mehdiyevlə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, "Keşlə" buna qədər Rəşad Əzizli, Ruslan Qurbanov, Franko Flores, Ziya Əzizov və Stanislav Namaşkonu da transfer edib.