- Transfer
- 23:09 25.11.2024
“Fənərbaxça” klubu İtaliya millisinin və Almaniyanın “Union” komandasının futbolçusu Leonardo Bonuççi ilə razılığa gəlib.
90deqiqe.az xəbər verir ki, 36 yaşlı müdafiəçi yaxın günlərdə İstanbula gələrək tibbi müayinədən keçəcək və İstanbul nəhəngi ilə 6 aylıq müqaviləyə qol çəkəcək.
Qeyd edək ki, Leonardo Bonuççi karyerası ərzində “İnter”, “Yuventus” və “Milan” kimi İtaliya nəhənglərinin formasını geyinib. O, ötən ilin yayında “Union” klubu ilə 1+1 illik müqavilə imzalayıb.