27 iyul 2024. Şənbə

İstanbul nəhəngi onun üçün hərəkətə keçdi

"Mançester Yunayted"in hücumçusu Antoni Martial karyerasını "Fənərbaxça"da davam etdirə bilər.


  • Transfer
  • 23:58 09.01.2024
  • Oxunma sayı: 91
İstanbul nəhəngi onun üçün hərəkətə keçdi

"Mançester Yunayted"in hücumçusu Antoni Martial karyerasını "Fənərbaxça"da davam etdirə bilər.

90deqiqe.az-ın "Sky Sports"a istinadən xəbərinə görə, İstanbul nəhəngi 28 yaşlı forvardı birdəfəlik almaq şərti ilə heyətinə qatmaq istəyir. Lakin "qırmızı şeytanlar" "Fənərbaxça"nın bu istəyini qəbul etməyib.

"Mançester Yunayted" oyunçusunun icarəyə götürülməsini və mövsümün sonunda fransız ulduzla daha aşağı məbləğlə yeni müqavilə imzalamasını istəyir. Danışıqların davam etdiyi bildirilir.

Martial Premyer Liqa klubunda ildə 15 milyon avro qazanır.

O, bu mövsüm "Mançester Yunayted"in heyətində 19 oyuna çıxıb və 2 qol vurub, 2 məhsuldar ötürmə edib.







Transfer

PSJ-ni  "Arsenal"a dəyişir
  • Transfer
  • 12:35 26.07.2024
PSJ-ni "Arsenal"a dəyişir