27 iyul 2024. Şənbə

Verner rəsmən "Tottenhem"də

"Leypsiq"in hücumçusu Timo Vernerin "Tottenhem"ə keçidi rəsmiləşib.


  • Transfer
  • 09:55 10.01.2024
  • Oxunma sayı: 87
Verner rəsmən "Tottenhem"də

"Leypsiq"in hücumçusu Timo Vernerin "Tottenhem"ə keçidi rəsmiləşib.

90deqiqe.az xəbər verir ki, London klubu 27 yaşlı forvardı bu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürüb.

"Tottenhem"in yayda alman futbolçunu 17 milyon avro ödəyərək birdəfəlik almaq hüququ var.Verner yeni klubunda 16 nömrəli formada çıxış edəcək.

Verner 2020-ci ildə "Ştutqart" və "Leypsiq"də oynadıqdan sonra "Çelsi"yə transfer olunub. "Zadəganlılar"da gözlənilənləri verə bilməyən Verner 2022-ci ildə sabiq klubuna qayıdıb. Alman futbolçu bu mövsüm "Leypsiq"lə 14 matçda 2 qol vurub.







Transfer

PSJ-ni  "Arsenal"a dəyişir
  • Transfer
  • 12:35 26.07.2024
PSJ-ni "Arsenal"a dəyişir