25 oktyabr 2024. Cümə

"Fənərbağça"nın gündəmində olan Antoni Marsialın transfer qərarı

Adı "Fənərbağça"da hallanan Antoni Marsialın "Mançester Yunayted"dəki gələcəyi ilə bağlı qərar verdiyi bildirilib


  • Transfer
  • 17:19 10.01.2024
  • Oxunma sayı: 93
"Fənərbağça"nın gündəmində olan Antoni Marsialın transfer qərarı

Transfer çalışmalarını davam etdirən "Fənərbağça"da adı hallanan futbolçulardan "Mançester Yunayted"in hücumçusu Antoni Marsialın İngiltərə komandasındakı gələcəyi ilə bağlı qərar verdiyi bildirilib.

90deqiqe.az xəbər verir ki, Martial mövsümün sonuna qədər "Mançester Yunayted"də qalmağı planlaşdırır. Fransız hücumçunun "Fənərbaxça", "Marsel" və Səudiyyə Ərəbistanından gələn təklifləri geri çevirdiyi öyrənilib. Premyer Liqa klubu ilə müqaviləsi mövsümün sonunda başa çatacaq 28 yaşlı futbolçunun 1 illik variantı var. Lakin “Mançester Yunayted”in bu variantdan istifadə etmə ehtimalı aşağı hesab olunur.







Transfer