- Transfer
- 23:25 25.11.2024
Türkiyənin "Fənərbaxça" klubunun hücumçu Miçi Batşuayi karyerasını Şotlandiyanın "Reyncers" klubunda davam etdirə bilər.
90deqiqe.az xəbər verir ki, Şotlandiya təmsilçisi belçikalı futbolçunu satınalma şərti ilə mövsümün sonuna qədər icarəyə götürmək istəyir. Lakin Batşuayi bu təklif qəbul etməyib. Bu səbəbdən komandanın baş məşqçisi Filippe Klement şəxsən özü bu transferin reallaşması üçün futbolçu ilə danışıqlara qoşularaq onu razı salmağa çalışır.
30 yaşlı forvardla "Everton" klubu da yaxından maraqlanır.
Qeyd edək ki, təcrübəli oyunçu bu mövsüm İstanbul klubun heyətində 11 oyunda iştirak edib, 3 qol vurub və 1 məhsuldar ötürmə edib.