- Transfer
- 23:25 25.11.2024
Almaniyanın "Borussiya" (Dortmund) klubu sabiq futbolçusu Ceydon Sançonu yenidən heyətinə qatıb.
90deqiqe.az xəbər verir ki, bu barədə Dortmund təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, 23 yaşlı vinger İngiltərənin "Mançester Yunayted" klubundan icarəyə götürülüb. Onun sözləşməsinin müddəti iyunun 30-dək nəzərdə tutulub.
Qeyd edək ki, ingiltərəli oyunçu "qırmızı şeytanlar"ın baş məşqçisi Erik ten Haqla münaqişədən sonra əsas komandadan kənarlaşdırılmışdı. 2021-ci ildən "Mançester Yunayted"də çıxış edən futbolçunun müqaviləsinin müddəti 2026-cı ildə başa çatmalıdır. O, 2017-2021-ci illərdə "Borussiya"nın formasını geyinib.