25 noyabr 2024. Bazar ertəsi

ŞİŞİRDİLMİŞ TRANSFERLƏR - ARAŞDIRMA

ÖDƏNİLƏN PULLARIN QARŞILIĞINI VERMƏYƏN FUTBOLÇULAR


  • Transfer
  • 17:45 11.01.2024
  • Oxunma sayı: 101
ŞİŞİRDİLMİŞ TRANSFERLƏR - ARAŞDIRMA

Avropada qış transfer pəncərəsi bir neçə gündü start götürüb. Hər il olduğu kimi bu pəncərədə də səs-küylü keçidlərin olacağı şübhə doğurmur. 90deqiqe.az saytı olaraq indiki sujetmizdə yüksək məbləğlə transfer olunub umidləri doğrultmayan oyunçulardan söhbət  açacağıq.

Bir mövsümlük alovlanan, yaxşı çıxış edən oyunçulara adətən böyük klublar yüksək miqdarda pullar ödəyərək transfer edir. Son illərdə isə belə futbolçuların yeni komandalarına, ya da yeni ölkəyə  uyğunlaşa bilmədiyini də tez-tez şahidi oluruq. Bu isə onların oyununa ciddi təsir göstərir. Bir sıra nümunələr var ki, onların üzərində dayanmaq istərdik. Məsələn  “Atletiko Madrid”də möhtəşəm çıxış edən Antuan Qrizman 120 milyon avroya 2019-da “Barselona”ya transfer olundu. Lakİn kataloniyalıların oyunn üslubuna uyğunlaşa bilməyən fransalı hücumçu 102 oyunda cəmi 35 dəfə fərqlənə bildi. Sonluq isə onun yenidən Madrid klubuna qayıdışıyla tamamlandı. Lakin Qrizman bu qayıdışından sonra sanki 2-ci nəfəs alaraq “Atletiko”da yenidən uğurlu çıxışını sərgilədi.. Katalonların Qrizmandan əvvəl daha 2 futbolçuyla da eyni aqibəti yaşamışdı. Usman Dembele və Felipe Koutinyonu müvafiq olaraq 135 və 145 milyon avroya transfer edən “bluaranqa” daha sonra hər iki oyunçunu bundan qat-qat  aşağı məbləğə satmağa məcbur oldu. Lakin Qrizmandan fərqli olaraq  Koutinyo bundan sonra çıxış etdiyi heç bir klubda möhkəmlənə bilmədi. Dembelenin isə zədə üzündən bir çox oyunları buraxması əsas problem olaraq qaldı. Katalonların əzəli rəqibi “Real Madrid”in uğursuz transferdə heç də  “Barselona”dan geri qalmır. “Kral klubu” Kriştianu Ronaldunun əvəzinə 115 milyon avroya Eden Hazardı transfer etdi. Lakin belçikalının “kral” klubunda işləri yaxşı getmədi. Daim zədəli olan belçikalı 4 ildə Madrid təmsilçisində cəmi 76 oyuna çıxdı. Sonda isə mövsümün əvvəlində karyerasını bitirdi. Dünyanın ən bahalı transferi olan, 222 milyon avroya “Barselona”dan PSJ-yə keçən Neymarın Fransadakı çıxışı birmənalı olmadı. Bir çox görüşlərdə yaxşı oynayan braziliyalı tez-tez zədələnməsi və  əsas hədəf olan Çempionlar liqasında komandasını zəfərə apara bilməməsi oyunçuya olan güvəni sarsıtdı. Nəticədə mövsümün əvvəlində oyunçu “Əl-Hilal”a transfer olundu, amma burada zədələrdən qurtula bilməyən braziliyalı uzun müddətli sıradan çıxdı. “Benfika” akademiyasının parlayan ulduzu Joao Feliks əla oyun nümayiş etdirdi. Böyük klubların radarına düşən portuqaliyalı 127 milyon avroya “Atletiko Madrid”ə transfer olundu. Lakin burada heç cür özünü doğrulda bilməyən Joau icarə əsasında “Çelsi”yə keçdi. Burada da zəif oynayan oyunçu hazırda icarə əsasında “Barselona”nın formasını geyinir. Yalnız burada nisbətən özünü doğruldan Joao indiyədək uğursuz transferlər sırasında yer alır. Siyahıda son ad bu transfer pəncərəsində “Borussiya Dortmund”a geri dönəcəyi bildirilən Ceydon Sançodur. İngiltərəli cinah yarımmüdafiəçi “arılar”ın heyətində keçirdiyi 134 oyunda 50 qol və 65 assistlə diqətləri öz üzərinə çəkmişdi. Nəticədə “Mançester Yunayted” 85 milyon avrodan keçərək oyunçunu heyətinə qatdı. Lakin 23 yaşlı futbolçu yeni komandasında hec cür istəniləni verə bilmir və indi “Mankuniaalar” oyunçu ilə vidalaşmağa hazırdır. Əlbəttə, bu siyahını uzatmaq da olar. “Mançester Yunayted”də Antoni, “Çelsi”də Romeo Lavia və Moyses Kaysedo da var. Lakin onların hələ ki ümidləri doğrultmaq kimi imkanları var.

 







Transfer