- Transfer
- 23:25 25.11.2024
“Əl-İttihad” klubu “Betis”də oxşar vəzifədə çalışan ispaniyalı Ramon Planesi idman direktoru vəzifəsinə təyin edib.
90deqiqe.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 2023-cü ilin may ayından bəri mütəxəssis “Betis”də işləyən Planes üçün ərəblər bir milyon avro təzminat ödəyib. 56 yaşlı Planes Səudiyyə Ərəbistanında 3 illik müqaviləyə görə 8 milyon avro qazanacaq.
Qeyd edək ki, Planes daha əvvəl ispaniyalı “Barselona”, “Tottenhem”, “Xetafe”, “Espanyol”, “Elçe” və digər klublarda idman direktoru vəzifəsində çalışıb.