6 dekabr 2025. Şənbə

Bavariya 80 milyonluq transferini açıqladı


  • Transfer
  • 23:18 08.07.2019
  • Oxunma sayı: 469
Bavariya 80 milyonluq transferini açıqladı

“Bavariya” klubu bu ilin mart ayında transferini etdiyi Lukas Hernandesi ictimaiyyətə təqdim edib.

Corner.az xəbər verir ki, Bundesliqa təmsilçisi “Atletiko”dan aldığı müdafiəçi üçün bu gün təqdimat mərasimi keçirib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.Hernandes yeni klubu ilə 5 illik müqavilə bağlayıb.Münhen klubu fransalı futbolçu üçün Madrid təmsilçisinə 80 milyon avro təzminat ödəyəcək. Lukas yeni komandasında 21 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, 23 yaşlı futbolçu bu il iyulun 1-dən etibarən Münhen klubunun düşərgəsinə qoşulmalı idi.







Transfer