- Transfer
- 23:55 19.12.2024
Türkiyənin “Fənərbaxça” klubu heyətinə daha bir futbolçu cəlb edib.
90deqiqe.az yerli mətbuata istinadən məlumatına görə, İstanbul nəhəngi İtaliya “Milan”ının yarımmüdafiəçisi Rade Kruniçi transfer edib.
"Fənər" Bosniya və Herseqovina millisinin üzvü Seriya A təmsilçisinə 4,5 milyon avro ödəyəcək.
“Milan”ın CEO-su Corcio Furlani “Sky”a açıqlamasında transferin reallaşdığını təsdiqləyib. Bu gün İstanbula yollanacaq Kruniçin tibbi müayinədən keçdikdən sonra yeni komandası ilə 3,5 illik müqaviləyə qol çəkəcək. 30 yaşlı oyunçu illik isə 3,5 milyon avro qazanacaq
Qeyd edək ki, “Fənərbaxça” ötən gün 36 yaşlı müdafiəçi Leonardo Bonuççinin transferini rəsmiləşdirib.