27 iyul 2024. Şənbə

MLS-dən La Liqa klubuna

"Atlanta Yunayted"in super ulduzu Tiaqo Almada karyerasını İspaniyada davam etdirə bilər.


  • Transfer
  • 15:50 12.01.2024
  • Oxunma sayı: 78
MLS-dən La Liqa klubuna

"Atlanta Yunayted"in super ulduzu Tiaqo Almada karyerasını İspaniyada davam etdirə bilər.

90deqiqe.az xəbər verir ki, 22 yaşlı futbolçu ilə "Atletiko Madrid" klubu maraqlanır. Bu barədə tanınmış insayder Fabrizio Romano öz şəxsi sosial şəbəkə hesabında yazıb. O, gənc futbolçunun oyunu Madrid klubunun baş məşqçisi Dieqo Simeonenin diqqətini çəkdiyini bildirib.

Argetina millisinin üzvünün Anxel Korreanın klubdan ayrılacağı təqdirdə "Atletiko Madrid"ə keçə biləcəyi qeyd olunub.

Anxel Korreanın isə Səudiyyənin "Əl İttihad" klubuna keçəcəyi gözlənilir.

Qeyd edək ki, Almada MLS klubunda 60 oyunda iştirak edib, 17 qol vurub, 23 məhsuldar ötürmə edib.







Transfer

PSJ-ni  "Arsenal"a dəyişir
  • Transfer
  • 12:35 26.07.2024
PSJ-ni "Arsenal"a dəyişir