11 aprel 2026. Şənbə

"Sabah" 2 gənc futbolçu aldı


  • Transfer
  • 13:49 09.07.2019
  • Oxunma sayı: 482
"Sabah" 2 gənc futbolçu aldı

“Sabah” heyətini iki yeni futbolçu ilə gücləndirib.

Corner.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Bakı təmsilçisi gənc oyunçular Anar Panayev və Abbas Ağazadəni transfer edib. Hər iki futbolçu ilə 3 illik müqavilə bağlanıb.

A.Ağazadə “Qəbələ” futbol akademiyasının yetirməsidir. 1999-cu il təvəllüdlü futbolçu yarımmüdafiəçi mövqeyində çıxış edir.

Anar Panayev də yarımmüdafiəçidir. “Anji” futbol akademiyasının yetirməsi olan azərbaycanlı futbolçu 2000-ci il təvəllüddür.







Transfer

“Hələlik qərar yoxdur”
  • Transfer
  • 22:32 10.04.2026
“Hələlik qərar yoxdur”