27 iyul 2024. Şənbə

"Partizan"dan Saldanya açıqlaması

"Partizan"ın icraçısı Miloş Vazura "Fənərbağça"nın rəsmi təklif etdiyi Matheus Saldanya haqda danışıb.


  • Transfer
  • 21:07 12.01.2024
  • Oxunma sayı: 88
"Partizan"dan Saldanya açıqlaması

"Partizan"ın icraçısı Miloş Vazura "Fənərbağça"nın rəsmi təklif etdiyi Matheus Saldanya haqda danışıb.

90deqiqe.az xəbər verir ki, Vazura braziliyalı futbolçunun komandanı tərk etməyəcəyini bildirib.

"Fənərbağça" Serbiyanın "Partizan" komandasının braziliyalı hücumçusu Matheus Saldanya üçün rəsmi təklif edib. "Partizan" meneceri Miloş Vazura Teleqraf Serbiyaya açıqlama verib.

Vazuranın açıqlamasına görə, Matheus Saldanya ilə "Vasko De Qama", "Tuluza", "Beşiktaş" və "Fənərbağça"dan maraq var. Bununla belə, Serbiya komandası yaya qədər heç bir futbolçusu ilə yollarını ayırmağı planlaşdırmır.

"Fənərbağça"nın rəsmi təklif etdiyi Saldanya üçün danışan Miloş Vazura "Partizan"da Matheus Saldanya da daxil olmaqla futbolçular satılmır! Türk klubunun və digər klubların təklifləri bizi maraqlandırmır. Klub öz işini davam etdirir. Mövsümün qalan hissəsində çalışacağıq. İliçin satılması bizə komandamızın əsas heyətini qoruyub saxlamağa imkan verdi”. dedi.

Braziliyalı futbolçu cari mövsümdə 18 liqa matçında 14 qol vurub və 5 məhsuldar ötürmə edib.







Transfer

PSJ-ni  "Arsenal"a dəyişir
  • Transfer
  • 12:35 26.07.2024
PSJ-ni "Arsenal"a dəyişir