- Transfer
- 18:38 24.11.2024
"Benfika"nın yarımmüdafiəçisi Çikinyonun azad agent kimi karyerasını "Olimpiakos"da davam etdirmək şansı var.
90deqiqe.az xəbər verir ki, tərəflər 2027-ci ilə qədər müqavilə ilə bağlamaqla bağlı şifahi razılığa gəliblər. 28 yaşlı futbolçunun özü də bu keçidə hazır olduğu bildirilir.
Daha əvvəl Yunanıstan komandası "Monako"nun yarımmüdafiəçisini heyətinə qatıb.
Qeyd edək ki, portuqaliyalı oyunçu bu mövsüm Lissabon klubu ilə 16 matçda iştirak edib və 1 məhsuldar ötürmə edib.